Tovuzda sülh, "Araz" da xallar itirdi

Futbol
348
01 Fevral 2025 - 20:27
Bu gün Azərbaycan Premyer Liqasında XXI turun daha iki oyunu keçirilib.
Supersport.Az xəbər verir ki, günün ilk görüşü Tovuzda baş tutub.
"Turan Tovuz" "Səbail"i qəbul edib. Oyun 1:1 hesablı bitib.
"Araz-Naxçıvan" isə "Sumqayıt"ın qonağı olub. Oyunda qol vurulmayıb.
Azərbaycan Premyer Liqası
XXI tur
1 fevral
"Turan Tovuz" – "Səbail" 1:1
Qollar: Aleks Serrano 29 - Madi Keta 82
Qırmızı vərəqə: K.Martins 43 ("Turan")
Baş hakim: Tural Qurbanov
Tovuz şəhər stadionu
18:30. “Sumqayıt” – “Araz-Naxçıvan” 0:0
İstifadə edilməyən penalti: Rövlan Muradov 9
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu