"Sumqayıt" Vaqif Cavadovla uzunmüddətli müqavilə bağladı

"Sumqayıt" Vaqif Cavadovla uzunmüddətli müqavilə bağladı
Futbol
317
08 Yanvar 2025 - 20:53

Supersport.Az xəbər verir ki, “Sumqayıt” baş məşqçisi Vaqif Cavadovla müqavilə müddətini artırıb.


Klubun Müşahidə Şurasının növbəti iclasında 35 yaşlı mütəxəssislə yola davam etmək qərarı alınıb. Toplantıda komandanın ötən ildə əldə etdiyi uğurlara toxunulub.


Hazırda komandanın müvəqqəti baş məşqçisi funksiyasını icra edən Vaqif Cavadovun işi qənaətbəxş hesab olunub və onunla daimi əsaslı müqavilə bağlanılması məqsədəuyğun hesab edilib.


Cavadov "gənclik şəhəri" təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.

Digər xəbərlər