Qurban Qurbanov: "Qarabağ" iki aydır normal məşq edə bilmir" - Video

Qurban Qurbanov: "Qarabağ" iki aydır normal məşq edə bilmir" - Video
Futbol, Video
549
03 Dekabr 2024 - 23:57

Supersport.Az "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun "Qarşıda gərgin qrafik gözləyir. Altı oyun var. Psixoloji və fiziki cəhətdən hazırsınız?" sualına cavabını videogörüntüyə alıb.

-

""Hazır olmağa məcburuq. Başqa çıxış yolumuz yoxdur. Belə olanda, komandanı bəzən istədiyin optimal formada saxlaya bilmirsən. Məşqlərin keyfiyyəti futbolda çox önəmlidir. İki ay normal 22-23 futbolçu ilə 4-5 məşq etməyimiz yadıma gəlmir. Çünki sıx qrafik var. Neçə illərdir ki, bu proses davam edir. Futbolçular üçün çətin olsa da, işləyirik. Fiziki yorğunluğu aradan qaldırmaq olur. Psixoloji yorğunluq isə çətindir. Başqa variantımız yoxdur, hazır olmalıyıq".




Digər xəbərlər