Rəşad Rəsullu: "Bütün idmançılar güclərini göstərməlidirlər" - Video

Rəşad Rəsullu: "Bütün idmançılar güclərini göstərməlidirlər" - Video
Olimpiya, Digər, Eksklüziv, Cüdo
354
01 Dekabr 2024 - 19:00

Supersport.Az-a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu ölkə çempionatı haqda fikirlərini bildirib.


"Yeni adlar, çempionlar, mükafatçılar oldu, tanınmış idmançılar da uğur qazandı. Ən əsası, onların özlərini milli komandanın tərkibində təlim-məşqlərdə göstərmələrindən asılıdır. Hamıya bərabər şərait yaradılacaq, eyni şans veriləcək, hər kəs özünü göstərməlidir. Proseslərin gedişində bu məlum olacaq".


Federasiya rəsmisi, 9 ay sonra cüdoya qayıdaraq, çempion olan, Rio olimpiadasının gümüş, Avropa, dünya çempionatlarının mükafatçısı 34 yaşlı Elmar Qasımovun dönüşünə münasibətini qeyd edib.


"Elmar, 4-5 aydır məşq edirdi, çempionata hazırlaşırdı. Onun qərarıdır, hörmətlə yanaşırıq. Özü də başa düşür ki, çəki dərəcəsində asan olmayacaq, güclü idmançılar var. Hamıya yanaşma eynidir. Elmarın qayıtmasını müsbət qarşılayırıq. Rəqabət heç vaxt mənfi deyil. Nə qədər güclü idmançılar olsa, daha yaxşı mübarizələr olur".


Vitse-prezident, ölkə çempionatının Beynəlxalq Cüdo Federasiyasının qaydaları, standartlarına uyğun, "Böyük Dəbilqə" səviyyəsində təşkil olunduğunu, komanda yarışlarının çox maraqlı keçdiyini xüsusi vurğulayıb.


Qeyd edək ki, Azərbaycan çempionatının mükafat fondu 50 min manat olub.

Yarışda 60 klub, cəmiyyət və idman təşkilatından olan 324 cüdoçu medallar uğrunda mübarizə aparıb.


Digər xəbərlər