"Neftçi" birinci oldu
Supersport.Az xəbər verir ki, qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının fərdi yarışlarına yekun vurulub.
29-30 noyabrda Bakı İdman Sarayında baş tutan yarışda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində mükafatçılar məlum olub.
Yarışda 60 klub, cəmiyyət və idman təşkilatından olan 324 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Qadınlar arasında -48 kq., -52 kq. və -57 kq. çəki dərəcələrində, kişilər arasında isə -81 kq., -90 kq., -100 kq. və +100 kq. çəki dərəcələrinə 112 cüdoçu arasında qaliblər müəyyənləşib.
Fərdi yarışların son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 4 qızıl, 5 gümüş və 5 bürünc medalla "Neftçi" İdman Klubu birinci olub. İkinci yerə 3 qızıl, 2 gümüş və 5 bürünc medalla "Atilla" İdman Klubu, üçüncü yerə isə 3 qızıl, 1 gümüş və 3 bürünc medallar Cüdo Klub 2012 layiq görülüb. 18 komanda müxtəlif əyarlı medal qazanıb.
Çempionatın komanda yarışları 1 dekabrda baş tutacaq.
Fərdi yarışların ikinci gününün qaliblərinin siyahısını təqdim edirik:
Qadınlar
-48 kq.
1. Leyla Əliyeva (Neftçi İdman Klubu)
2. Şəfəq Həmidova (Azəri-Cüdo İdman Klubu)
3. Fəridə Mirzəyeva (Umbayev Sport Klub)
3. Məryəm Bayramzadə (Sumqayıt 1 nömrəli İOEUGİŞM)
-52 kq.
1. Xədicə Qədəşova (Atilla İdman Klubu)
2. Fidan Qasımova (Neftçi İdman Klubu)
3. Ülviyyə Bayramova (Şuşa UGİM)
3. Çinarə Sadiqova (Atilla İdman Klubu)
-57 kq.
1. Acelya Toprak (Azərbaycan Cüdo Federasiyası)
2. Aytən Verdiyeva (Sumqayıt 1 nömrəli İOEUGİŞM)
3. Nilgün Rzayeva (10 nömrəli UGİM)
3. Vüsalə Hacıyeva (Azəri-Cüdo İdman Klubu)
-90 kq.
1. Murad Fətiyev (Cüdo Klub 2012)
2. Aslan Kotsoyev (Cüdo Klub 2012)
3. Məmmədrza Hacızadə (Cüdo Klub 2012)
3. Naim Hüseynov (DİN İC)
-100 kq.
1. Elmar Qasımov (Atilla İdman Klubu)
2. Şahin Əsədov (Fərid İdman Klubu)
3. Nihad Şıxəlizadə (Neftçi İdman Klubu)
3. Davud Namazlı (Atilla İdman Klubu)
+100 kq.
1. Uşanqi Kokauri (Neftçi İdman Klubu)
2. İmran Yusifov (Sərhədçi İdman Mərkəzi)
3. Ramazan Əhmədov (Kanokan TT İdman Klubu)
3. Eldar Əliyev (Atilla İdman Klubu)