Şəhidlər anıldı, himn səsləndi, bolqar müavin dilimizdə danışdı - Video

Şəhidlər anıldı, himn səsləndi, bolqar müavin dilimizdə danışdı - Video
Digər, Cüdo, Video
347
29 Noyabr 2024 - 20:48

Cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatının rəsmi açılış mərasimi keçirilib.


Supersport.Az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan tədbirdə əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.



Yarışda mübarizə aparan 60 idman təşkilatı videomaterial vasitəsilə cüdo həvəskarlarına təqdim edilib.


Tədbirdə çıxış edən gənclər və idman nazirinin bolqar müavini Mariana Vasileva dilimizdə Paris-2024 Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyəti xatırladaraq Azərbaycanda cüdonun inkişaf etdiyini bildirib. O, ölkə çempionatında çıxış edən bütün idmançılara uğurlar arzulayıb.


Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu çempionatda ölkənin bütün regionlarından idmançıların çıxış etməsinin sevindirici hal olduğunu söyləyib. O, bu yarışın idmançıların karyerasında potensial dönüş nöqtəsi ola biləcəyini qeyd edib. Federasiya rəsmisi Paris-2024 Yay Olimpiya Oyunlarında əldə olunan uğurları vurğulayaraq bu nailiyyətlərin bütün idmançılar üçün bir ilhan mənbəyi olacağını bildirib. O, cüdo idman növünə göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə təşəkkür edib. R.Rəsullu qeyd edib ki, bu qayğı nəticəsində cüdoçular Paris-2024 Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etdilər.  O, yarışın təşkilində və ümumilikdə cüdonun inkişafında göstərdiyi dəstəyə görə Gənclər və İdman Nazirliyinə, Federasiyanın baş sponsuru "Azercell  Telecom"a, həmçinin yarışın sponsoru "Azman Holding"ə təşəkkürünü bildirib. 


Ardınca Azərbaycan cüdoçularının böyüklərin, gənclərin və yeniyetmələrin dünya, Avropa çempionatları və Paris-2024 Yay Olimpiya Oyunlarında uğurlu çıxışları ilə bağlı videoçarx nümayiş olunub. 


Qeyd edək ki, builki Azərbaycan çempionatı nüfuzlu “Böyük Dəbilqə” turniri səviyyəsində təşkil olunub. Təşkilatçılıqdan yarış standartlarına qədər hər bir detal ən yüksək keyfiyyəti əks etdirir və həm idmançılar, həm də tamaşaçılar üçün unudulmaz bir təcrübə təmin edir.

Azərbaycan çempionatında ümumilikdə 324 idmançı iştirak edir. İlk gündə 7 çəkidə 178 cüdoçu medallar uğrunda mübarizə aparır.


İlk yarış günündə qaliblarin siyahısını təqdim edirik:

Qadınlar


-63 kq


1. Fidan Əlizadə (Cüdo Klub 2012)


2. Nərgiz Hacıyeva (Neftçi İK)


3. Leyla Hüseynova (Abşeron Xırdalan)


3. Leyla Atayeva (Cüdo Club 2012)


-70 kq.

1. Günel Həsənli (Abşeron Xırdalan)


2. Sudabə Ağayeva (Atilla İK)


3. Aytac Qardaşxanlı (Balaxanı İM)


3. Pərvanə Abdullayeva (Yevlax)


-78 kq.

1. Nərmin Əmirli (Umbayev Sport Klub)


2. Əsmər Əliyeva (Neftçi İK)


+78 kq

1. Nigar Süleymanova (Neftçi İK)


2. Zeynəbxanım Əsədova (Məhsul İC)


3. Elnarə Rəşidova (Sumqayıt)


3. Aytəkin Paşazadə (Şuşa UGİM)

Kişilər


-60 kq

1. Hüseyn Allahyarov (Cüdo Klub 2012)


2. Əhməd Yusifov (Neftçi İK)


3. Balabəy Ağayev (Neftçi İK)


3. Nizami İmranov (Atilla İK)


-66 kq

1. Rəşad Yelkiyev (Kanokan-TT İK)


2. Elşən Əsədov (Atilla İK)


3. Ruslan Paşayev (Neftçi İK)


3. Eltac Yusifli (Sumqayıt 1 nömrəli İOEUGİŞM)


-73 kq

1. Rəşid Məmmədəliyev (Atilla İK)


2. Aydın Rzayev (Kanokan-TT İK)


3. Qadir Hüseynov (Atilla İK)


3. Nəriman Mirzəyev (Neftçi İK)


Digər xəbərlər