Azərbaycan ikiqat dünya çempionu oldu
Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.
Supersport.Az-ın məlumatına görə, mllimiz möhtəşəm çıxış edərək Azərbaycan güləş tarixində yeni səhifə açıb.
3️⃣ qızıl🥇medal qazanan yığmamız 8️⃣5️⃣ xalla dünya çempionu🏆olub. Titulunu qoruyan komandamız ardıcıl 2️⃣-ci dəfə bu uğura imza atıb. Azərbaycan ən yaxın izləyicisi olan İranı 3️⃣4️⃣ xal qabaqlayıb.
Millimiz bu uğurla Azərbaycan güləşində birdən-birə 2️⃣ rekordu yeniləyib. İkinci dəfə dünya çempionluğu kubokunu qazanmaqla böyüklər arasında güləş növlərimiz arasında ilkə imza atan yunan-Roma millimiz həm də bir DÇ-də 3 qızıl medal qazanan ilk komandamız olub.
Xatırladaq ki, Albaniyada Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu🥇olub. Onların hər biri komandanın hesabına 25 xal yazdırıb. DÇ-də debüt edən Qurban Qurbanov (82 kq) isə 5-ci yeri tutub və millimizə 10 xal qazandırıb.
#wrestleaze #grecoromanwrestling #worldchampionship #champion #cup #teamAZE