"Qarabağ"ın futbolçusu millidən kənarlaşdırıldı

"Qarabağ"ın futbolçusu millidən kənarlaşdırıldı
Futbol
359
07 Oktyabr 2024 - 14:00

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan millisinin heyətindən çıxarılıb.

Supersport.Az AFFA-ya istinadən xəbər verir ki, buna 27 yaşlı müdafiəçinin zədəsi səbəb olub.

Qeyd edək ki, yığma UEFA Millətlər Liqasının qrup mərhələsində oktyabrın 11-də Tallində Estoniya, 14-də isə Bakıda Slovakiya kollektivləri ilə qarşılaşacaq.

Digər xəbərlər