Qurban Qurbanov "Tottenhem"in oyununa getməyəcək 

Qurban Qurbanov "Tottenhem"in oyununa getməyəcək 
Futbol, Eksklüziv
1508
14 Sentyabr 2024 - 09:00

Supersport.Az-ın məlumatına görə, sentyabrın 26-da Avropa Liqasının final mərhələsinin ilk turunda səfərdə "Tottenhem"in qonağı olacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matç ərəfəsində rəqibin oyununu canlı izləməyəcək. Təcrübəli mütəxəssis əvvəlcə İngiltərə təmsilçisinin görüşünə baxmağa getməyi düşündüyünü bildirsə də, fikrini dəyişib. Supersport.Az-ın müxbiriylə söhbətində bu haqda baş məşqçi Qurban Qurbanov özü bildirib. 


Bu gün axşam Azərbaycan Premyer Liqasının 6-cı turunda "Qarabağ" "Səbail"i sınağa çəkəcək.


Sabah, sentyabrın 15-də Londonda "Tottenham" - "Arsenal" derbisi keçiriləcək. Matç Bakı vaxtilə 17:00-da başlanacaq. 


"Arsenal" 20 komanda sırasında 3 turdan sonra 7 xalla 4-cü, "Tottenhem" isə 4 xalla 10-cudur. İlk üç pillədə 9 xala malik "Mançester Siti", "Liverpul", 7 xallı "Brayton"dur.

Digər xəbərlər