169 ölkə sırasında Özbəkistan 13-cü, Türkiyə 23-cü, Azərbaycan 28-ci oldu

169 ölkə sırasında Özbəkistan 13-cü, Türkiyə 23-cü, Azərbaycan 28-ci oldu
Olimpiya, Digər
594
09 Sentyabr 2024 - 09:29

Fransanın paytaxtı Parisdə Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.


Tədbirdə ölkəmizin bayrağını Paralimpiya çempionlarımız Səid Nəcəfzadə və Lamiyə Vəliyeva daşıyıb.


Bağlanış "Stad de Frans"da reallaşıb.


Ölkəmiz turnirdə 7 növdə 18 idmançı ilə təmsil olunub. Yığmamız Paris-2024 Yay Paralimpiya Oyunlarını 11 medalla (4 qızıl, 2 gümüş və 5 bürünc) başa vurub. Azərbaycan 169 ölkə arasında 28-ci yeri tutub. Özbəkistan 10 qızıl, 9 gümüş, 7 bürünc medalla 13-cü, Türkiyə 6 qızıl, 10 gümüş, 12 bürünc mükafatla 23-cü olub.


İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12 kateqoriyası), Orxan Aslanov (T13 kateqoriyası, hər ikisi uzunluğa tullanma) qızıl, Lamiyə Vəliyeva qızıl (100 metr məsafəyə qaçış) və gümüş (400 metr məsafəyə qaçış), Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və 2 bürünc (100 metr məsafəyə sərbəst və "butterfly" üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq), Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək), İlham Zəkiyev (paracüdo, +90 kq) bürünc medala sahib çıxıblar.


Yarış avqustun 28-də başlanmışdı.

Digər xəbərlər