"Qarabağ"ın göndərdiyi futbolçu Superliqa klubuna keçir
Futbol
307
09 Sentyabr 2024 - 19:05
Supersport.Az xəbər verir ki, "Qarabağ" hücumçu Hamidu Keytayla yollarını ayırıb. 29 yaşlı fransalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2023-cü ilin yayından “Qarabağ”da çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), kubokda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib. Hamidu “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.
"Qarabağ" Futbol Klubu Keytaya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Futbolçunun Türkiyə Superliqasında iştirak edən "Konyaspor"a keçəcəyi, 2 illik müqavilə imzalayacağı bildirilir.