Azərbaycan idmançısı olimpiadada ikinci oldu

Azərbaycan idmançısı olimpiadada ikinci oldu
Olimpiya, Digər, Taekvondo, Foto
610
08 Avqust 2024 - 00:11

Supersport.Az-ın məlumatına görə, Paris Olimpiadasında Azərbaycanın təmsilçisi Qaşım Maqomedov (58 kq) yarımfinalda Olimpiya və dünya çempionu Vito Dell Akvilanı (İtaliya) 2:0 hesablı məğlub edərək finala vəsiqə qazanmışdı.  Q.Maqomedov finalda cənubi koreyalı Park Tae-Junla qarşılaşıb. Azərbaycan idmançısı ilk hissədə 0:9 geridə olub, ayağından ciddi zədə aldığı üçün döyüşü yarımçıq tərk edib. O, gümüş medal qazanıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib.

Digər xəbərlər