"Zirə" qələbəylə növbəti raundda
Futbol
341
02 Avqust 2024 - 00:21
Supersport.Az xəbər verir ki, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə" səfərdə Slovakiyanın "DAK 1904" klubunun qonağı olub.
İlk matçda 4 cavabsız qolla qələbə qazanan Azərbaycan komandası cavab oyununda 2:1 qalib gəlib. Bununla "Zirə" ilk dəfə mərhələ adlayıb.
22:30 "DAK 1904" - "Zirə" 1:2
Qollar: Rafael Utziq, 24 (0:1), Alexandro Mendez, 40 (1:1), Qismət Alıyev, 57-pen (1:2)
Qırmızı vərəqə: Romarik Yapi, 56 ("DAK 1904)
Hakimlər: Covan Kaçevski, Slaqyan Markoski, Branko Putilin, İvana Proykovska (Şimali Makedoniya)
"MOL Arena"
İlk oyun - 0:4.