"Neftçi" 650 minlik alman futbolçu gətirdi

Futbol, Eksklüziv
861
22 İyul 2024 - 15:43
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
Azərbaycan klubu 29 yaşlı almaniyalı müdafiəçi Robert Baueri transfer edib.
O, son olaraq Səudiyyə Ərəbistanının “Əl-Tai” komandasının formasını geyinib. Futbolçunun qiyməti 650 min avrodur. Alman müdafiəçi "Neftçi"də 23 nömrəli formanı geyəcək.
Robert Bauer karyerası ərzində Almaniyanın "Verder Bremen", "Nürnberq", "İnqolştadt", Ukraynanın "Arsenal", Belçikanın "Sent-Truyden" klublarında da çıxış edib. O, Almaniyanın U-20 və U-21 yığmalarının da formasını geyinib.