Qurban Qurbanov: "Futbolçular əvvəlki formalarına qayıtmalı, səhvlər aradan qaldırılmalıdır"

Qurban Qurbanov: "Futbolçular əvvəlki formalarına qayıtmalı, səhvlər aradan qaldırılmalıdır"
Futbol
521
10 İyul 2024 - 01:16

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov saytımıza açıqlama verib. O, “Kayzerslautern” (1:3) və “Viktoriya” (2:1) ilə bu gün keçirilən yoxlama oyunları barədə fikirlərini bildirib:


“Avstriyadakı ilk oyun günü yaxşı alındı. Bütün futbolçularımızın 90 dəqiqə meydanda olması çox vacib idi. İki yaxşı rəqiblə qarşılaşdıq. Hava şəraiti çox isti olsa da, oyunlar dinamik keçdi. Düzdür, günün ilk matçında məğlub olduq. Amma bu görüşdə qolları fərdi səhvlərdən buraxdıq”.


Baş məşqçimiz Avstriyadakı hazırlıq prosesini də dəyərləndirib: “Hazırlığın vacib olan ikinci mərhələsindəyik. Mövsümün hazırlıq prosesini yoxlama oyunları ilə tamamlamaq istəyirik. Bu gün keçirilən hər iki matçdan da, futbolçulardan da razı qaldım. Toplanışın qarşıdakı bir həftəsi bizim üçün çox vacibdir. Bu müddətdə futbolçuların idman formalarını tam geri qaytarmalı və bəzi texniki səhvləri aradan qaldırmalıyıq. Bütün komanda üzvləri çox həvəslə, istəklə hazırlıq keçir. Avstriya toplanışında olduğumuz müddətdə onların hər birindən razıyam”.



Digər xəbərlər