"Qarabağ"ın keçmiş futbolçusu Kadinin yeni klubu müəyyənləşdi

"Qarabağ"ın keçmiş futbolçusu Kadinin yeni klubu müəyyənləşdi
Futbol
454
08 İyul 2024 - 21:29
2021-2023 mövsümlərində "Qarabağ'ın şərəfini qoruyan braziliyalı oyunçu Kadi Borges karyerasını Macarıstanda davam etdirəcək.


Supersport.Az xarici mətbuata istinadla xəbər verir ki, 28 yaşlı futbolçu "Krasnodar"dan "Ferensvaroş"a transfer olunub.

Kadinin qiyməti 2,5 milyon avrodur.


Qeyd edək ki, Kadi Borqes "Qarabağ"da çıxış etdiyi dövr ərzində 75 oyunda 28 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb. Daha sonra yarımmüdafiəçi 2 milyon avro qarşılığında Rusiyanın "Kransodar" klubuna transfer olunub. "Buğalar"ın heyətində ümumillikdə 44 oyuna çıxan Kadi bu görüşlərdə 7 qol vurub, 2 effektli ötürmə verib.


"Krasnodar" Kadiyə təşəkkür edərək, uğurlar arzulayıb.

Digər xəbərlər