"Qarabağ" 1.8 milyonluq futbolçu gətirir

Futbol
4008
20 İyun 2024 - 17:05
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Qarabağ" "Şaxtyor"la müqaviləsi başa çatacaq Aleksey Kaşukla heyətini gücləndirə bilər.
Ukraynanın 23 yaşlı futbolçusunun Donetsk klubuyla kontraktının müddəti iyunun 30-da bitəcək.
Kaşukla keçmiş komandası "Sabah" da maraqlansa da, "Qarabağ"ın təklifinə müsbət yanaşdığı bildirilir. Futbolçunun qiyməti 1 milyon 800 min avrodur.
Kaşuk yeni başa çatan mövsümdə Premyer Liqada 10 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib. Futbolçu Ukrayna Kubokunda 1 matçda 1 dəfə fərqlənib.
Kaşuk ölkəsinin Premyer Liqasında 495, kubokda 72, Çempionlar Liqasında 25 dəqiqə meydanda olub.