"Qarabağ"ın zəif rəqibləri

"Qarabağ"ın zəif rəqibləri
Futbol
273
19 İyun 2024 - 21:06

UEFA Çempionlar Liqasındakı "Qarabağ"ın ilk rəqibinin müəyyənləşəcəyi cüt məlum olub. Bu, yarışın II təsnifat mərhələsinin püşkatmasında dəqiqləşib.

 

"Qarabağ" "Hamrun Spartans" və "Linkoln" cütünün qalibi ilə görüşəcək. Malta və Cəbəllütariq çempionları arasında oyunlar iyulun 9-10-da və 16-17-də keçiriləcək.

 

Bu cütün qalibi ilə Azərbaycan çempionu arasında ilk görüş iyulun 23-də və ya 24-də, cavab qarşılaşması 30-da və ya 31-də baş tutacaq.


Qurban Qurbanovun komandası ilk görüşə səfərdə çıxacaqlar.

 

Əsası 1907-ci ildə qoyulan “Hamrun Spartans” 10 dəfə Malta çempionu olub, 6 dəfə ölkə kubokunu, 6 dəfə Superkuboku qazanıb. Hamrun şəhərini təmsil edən klub son 4 mövsümdə üç dəfə qızıl medal əldə edib.

 

Cəbəllütariq təmsilçisinin əsası 1976-cı ildə qoyulub. 28 qat ölkə çempionu son 4 ildə qızıl medallara sahib çıxıb. “Linkoln” 20 dəfə də ölkə kubokuna sahib çıxıb.



Digər xəbərlər