Türkiyə Gürcüstana dərs verdi, portuqallardan qələbə

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün daha iki matç oynanılıb.
Supersport.Az xəbər verir ki, F qrupunda Türkiyə - Gürcüstan və Portuqaliya - Çexiya matçları keçirilib. Türklər 12 illik fasilədən sonra bu rəqibiylə yenidən görüşüb. Türkiyə buna kimi gürcülərlə keçirdiyi 5 oyunda 3 qələbə qazanıb, 1 dəfə heç-heçə edib və 1 matçda uduzmuşdu.
Avropa çempionatında ilk oyununda Türkiyə gürcüləri 3:1 hesablı məğlub edib.
Portuqaliya çexlər üzərində əzmkar qələbə qazanıb: 2:1.
AVRO-2024
18 iyun
I tur
F qrupu
20:00. Türkiyə - Gürcüstan 3:1
Qollar: Mert Müldür 25, Arda Güler 65, Kerem Aktürkoğlu 90+7 - Mikautadze 32
Baş hakim: Fakundo Telyo (Argentina).
Dortmund, "Siqnal İduna Park" stadionu.
23:00. Portuqaliya - Çexiya 2:1
Qollar: Hranaç 69, Fransisko Konseyçao 90+2
Baş hakim: Marko Quida (İtaliya).
Leyptsiq, "Red Bull Arena".
Qeyd edək ki, Avro-2024 iyulun 14-də başa çatacaq.