Avropa çempionatı: Almaniya şotlandları darmadağın etdi

Futbol
382
15 İyun 2024 - 00:55
Bu gün Almaniyada futbol üzrə XVII Avropa çempionatına start verilib.
Supersport.Az xəbər verir ki, A qrupunun ilk matçında ev sahibi komanda Şotlandiya ilə qarşılaşıb.
Münhendəki "Allianz Arena"da baş tutan görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edib.
Oyunun start fiti saat 23:00-da səslənib.
Almaniya şotlandları 5:1 məğlub edib.
Bu qrupun digər qarşılaşması sabah, saat 17:00-da Macarıstan və İsveçrə yığmaları arasında gerçəkləşəcək.
AVRO-2024
A qrupu, I tur
14 iyun
23:00. Almaniya - Şotlandiya 5:1
Qollar: Florian Virts 10, Musiala 19, Havertz 45+1-pen, Füllkruq 68, Emre Can 90+3 - Rüdiger 87-öz qapısına.
Qırmızı vərəqə: Porteus 44
Baş hakim: Kleman Tyurpen (Fransa).
Münxen, “Allianz Arena” stadionu.