Yığmamız yenə qələbəyə həsrət qaldı

Futbol
233
11 İyun 2024 - 22:00
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununu keçirib. U-21 Bakıda Bolqarıstan yığması ilə qarşılaşıb.
Supersport.Az xəbər verir ki, Mərdəkan stadionunda keçirilən görüş 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, millimiz iyunun 7-də Senec Məşq Mərkəzində keçirilən yoldaşlıq oyununda Slovakiya yığmasına 2:3 hesabı ilə məğlub olub.