"Qarabağ"ın Çempionlar Liqası planı məlum oldu

"Qarabağ"ın Çempionlar Liqası planı məlum oldu
Futbol
394
12 İyun 2024 - 14:58

Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın Çempionlar Liqasına hazırlıq planı məlum olub.


Bakıda başlanacaq məşqlərə iyunun 18-də start veriləcək. Millilərin üzvü olan futbolçular komandanın hazırlığına ayın 23-də qoşulacaqlar.


Paytaxtdakı toplanış çərçivəsində iki yoxlama oyununun keçirilməsi planlaşdırılıb. Bu görüşlərin iyunun 29-da və iyulun 2-də təşkil olunması nəzərdə tutulub.


Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. "Qarabağ" iyulun 5-dən 17-dək Tirol bölgəsində təlim-məşq toplanışı keçirəcək. Hazırlıq çərçivəsində iki oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Bu matçlardan ikisi iyulun 9-da, ikisi 16-da baş tutacaq. Texniki heyət tərəfindən komandanın hazırlıq planında hər hansı bir dəyişiklik olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.

Məlumatı Ağdam klubunun mətbuat xidməti yayıb.


Digər xəbərlər