Azərbaycan Qazaxıstanı məğlub etdi
Futbol
326
11 İyun 2024 - 19:52
Futbol üzrə Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirib.
Supersport.Az xəbər verir ki, Arif Əsədovun rəhbərlik etdiyi yığma Qazaxıstanla görüşüb.
Macarıstanın Sombatxey şəhərindəki "Haladas SportKomplexum" stadionunda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə 18:00-da start verilib.
Görüşü macar Bens Çonka idarə edib.
Azərbaycan yığması əvvəlcə hesabda 0:2 geri düşsə də, sonradan 3 qol vurub.
18:00 Azərbaycan - Qazaxıstan 3:2
Qollar: Mahir Emreli 42, Emin Mahmudov 51-pen, Toral Bayramov 73 - Yan Voroqovski 2, Maksim Samorodov 68
Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Albaniyaya 1:3 hesabı ilə məğlub olub.