"Qarabağ"la "Neftçi" gerilədi, "Bayer" "Real Madrid"i də keçdi

"Qarabağ"la "Neftçi" gerilədi, "Bayer" "Real Madrid"i də keçdi
Futbol
338
10 İyun 2024 - 15:23

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Supersport.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 507 komanda yer alıb. 

"Qarabağ" əvvəlki reytinqlə müqayisədə 5 pillə geriləyib. Ağdam təmsilçisi hazırda 183,75 xalla 53-cüdür. "Qarabağ", "Mançester Yunayted", "Frayburq", "Napoli" və başqa tanınmış klublardan öndədir.

"Zirə" 15 pillə irəliləyərək 62,25 xalla 369-cu, "Sabah" isə 17 pillə irəliləyərək 60,75 xalla 388-ci olub.

"Neftçi" 5 pillə geriləyib. Bakı klubu 59,25 xalla 403-cüdür.

Qeyd edək ki, dünya reytinqində 401 xala malik "Mançester Siti" liderdir. Avropa Liqasının finalçısı, Almaniya çempionu "Bayer Leverkuzen" (355 xal) Çempionlar Liqasının son qalibi "Real Madrid"i (333 xal) keçib. Alman klubu 3-cü pillədən 2-ci yerə yüksəlib.

Digər xəbərlər