Məğlub millimizin məşqçisi Arif Əsədov: "Komandanın oyunundan razı qaldım" 

Məğlub millimizin məşqçisi Arif Əsədov: "Komandanın oyunundan razı qaldım" 
Futbol
346
08 İyun 2024 - 07:04

Supersport.Az-ın məlumatına görə, Macarıstanın Sombatxey şəhərindəki "Haladas SportKomplexum"da Albaniya yığması qarşısında aciz qalan Azərbaycan yığmasının məşqçisi Arif Əsədov fikirlərini bildirib.

"Öz səhvlərimizdən qollar buraxdıq. Nəticədən yox, komandanın oyunundan razıyam. Rəqib Avropa çempionatına hazırlaşır. Bunun da nəticəyə təsiri ola bilər. Futbolçularımız matçın gedişində hiss etdilər ki, bu komandaya qarşı rahat futbol oynamaq olar. İkinci hissədə bir az sistemi dəyişdik, hücumameyilli oyuna üstünlük verdik. Hücum potensialımız artdı. Ancaq qol imkanlarından yararlana bilmədik. Albaniya isə əks-hücumlarda təhlükəli olurdu. Ərazi üstünlüyü tərəfimizdə olsa da, orta sahədə buraxılan səhvlər və rəqibin sürətli hücumlara keçməsi bizə təhlükəli yaşadırdı. Komandamızda ən çox problem fiziki durumla bağlı idi. Artıq Qazaxıstanla qarşıdakı matça hazırlaşacağıq".

Qeyd edək ki, oyun Albaniya yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz növbəti matçını iyunun 11-də, Bakı vaxtı ilə saat 18:00-da eyni stadionda Qazaxıstan yığmasına qarşı keçirəcək.

Digər xəbərlər