"Neftçi"yə gələcək rəhbər qəzəblənib: mühüm toplantı təxirə salındı

"Neftçi"yə gələcək rəhbər qəzəblənib: mühüm toplantı təxirə salındı
Futbol, Eksklüziv
1433
08 İyun 2024 - 23:09

"Neftçi"nin ölkədaxili yarışlarda bərbad çıxışı səbəbindən klubdan üç şəxs qovulub. 

Paytaxt təmsilçisi 10 ay ərzində baş məşqçilərdən Adrian Mutuyla Miodraq Bojoviçi, həmçinin baş icraçı direktor Fərrux Mahmudovu kənarlaşdırıb.

"Neftçi" iki aydan çoxdur ki, rəhbərlik baxımından "yetim" qalıb. Rövşən Nəcəf AFFA prezidenti seçildikdən sonra klubda Müşahidə Şurasının sədri vəzifəsi boş qalıb. SOCAR-ın Bolqarıstan ofisinin rəhbəri Murad Heydərovun paytaxt komandasında bu postu tutacağı gözlənilir.

Fərrux Mahmudovun yerinə türkiyəli rəhbər gətirilə bilər. 

Supersport.Az-ın məlumatına görə, bu həftənin əvvəli "Neftçi"də toplantı nəzərdə tutulsa da, təxirə salınıb. Klub baş məşqçi postuna yenə əcnəbi məşqçi gətirmək istəyir. Yaxın günlərdə paytaxt komandasında iclas keçirilərək, qərarlar veriləcək. Kluba sədr gələcək Murad Heydərov "Neftçi"nin "Sabah"a məğlub olaraq premyer liqada uğursuzluğa düçar olub Avropa yarışından kənarda qaldığı matçı canlı izləyib. Heydərov komanda üzvlərinə qəzəblənib. Klub  çempionatda 5-ci olub. Bunun ardından Miodraq Bojoviç baş məşqçi, Fərrux Mahmudov baş icraçı direktor vəzifəsindən qovulub. Komandaya bərbad futbolçular gətirən idman üzrə müşavir Kamil Məmmədovla futbol komandaları və əməliyyatları direktoru Zaur Əzizovun kənarlaşdırılması məsələsinə isə yaxın vaxtlarda aydınlıq gələcək.

Qeyd edək ki,  "Neftçi"də isveçli Yens Andersson isə ötən ilin sentyabrından idman direktoru postunda çalışır.

Digər xəbərlər