Azərbaycan Fransanı da məğlub etdi - Video

Futbol, Video
417
04 İyun 2024 - 21:21
Bosniyada təşkil olunan minifutbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinə yekun vurulur.
Supersport.Az xəbər verir ki, Azərbaycan millisi F qrupunda sonuncu görüşdə Fransa yığmasıyla qarşılaşıb.
Elşad Quliyevin komandası 3:1 hesabı ilə qalib gəlib. Bu nəticənin ardından qrupda maksimum nəticə göstərən millimiz turnir cədvəlini 9 xalla birinci sırada tamamlayıb. Yığmamız pley-off mərhələsində E qrupunun ikincisi olacaq Bolqarıstan və ya Serbiya yığmalarından biri ilə qarşılaşacaq. Bundan əvvəlki iki turda Azərbaycan yığması Belçikanı 3:0, İtaliyanı isə 2:1 hesabı ilə məğlub edib.