AFFA-da 4 saatlıq iclasdan sevinərək gəldilər - Foto

AFFA-da 4 saatlıq iclasdan sevinərək gəldilər - Foto
Futbol, Eksklüziv, Foto
328
14 May 2024 - 21:58

Supersport.Az mayın 13-də AFFA-nın İcraiyyə Komitəsinin 4 saatdan çox davam edən iclasının ardından şəkillər çəkib. 


Toplantını ilk tərk edən vitse-prezident Elşad Nəsirov qurumun binasından fikirli halda çıxıb.


AFFA prezidenti Rövşən Nəcəf, icraçı vitse-prezident Sərxan Hacıyev, vitse-prezident Balakişi Qasımov, İK üzvlərindən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, "Sabah"ın prezidenti Maqsud Adıgözəlov iclasdan sevincli halda gəliblər. 


Toplantıda strategiya, büdcə haqda fikir mübadiləsi aparılıb, hələ ki, Premyer Liqada klubların sayı artırılmaması, legioner limitinin saxlanılması qərara alınıb. Çempionatda komandaların sayının çoxaldılması növbəti ildə ola bilər. 

Digər xəbərlər