Azərbaycanın döyüşçüsü Avropada ikiqat çempion oldu - Foto
Karate, Digər, Foto
504
11 May 2024 - 19:43
Supersport.Az xəbər verir ki, bu gün Serbiyada keçirilən para-taekvondo üzrə Avropa çempionatının üçüncü günündə -70 kq çəki dərəcəsində mübarizə aparan idmançımız İmaməddin Xəlilov tatamiyə çıxıb.
Finalda türkiyəli rəqibini məğlub edən İmaməddin ikinci dəfə Avropa çempionu olub.
Qeyd edək ki, para-taekvondoçu ötən il Rotterdamdakı analoji yarışda da qitənin ən güclüsü olmuşdu.