Video: Azərbaycan idmançısı ermənini yerə vurdu, səcdə etdi, qardaşların bayrağına büründü
Digər, Eksklüziv, Foto, Sambo
1231
09 May 2024 - 21:46
Supersport.Az xəbər verir ki, Serbiyanın Novi Sad şəhərində təşkil olunan sambo üzrə böyüklərin Avropa çempionatının ilk günü Azərbaycan qızıl və bürünc medal qazanıb.
Elvin Bağırov 64 kq çəkidə finalda erməni rəqibi Narek Dallakiyanı yerə çırpıb, səcdə edib, Azərbaycanla Türkiyənin bayrağına bürünüb.
Rəsul Aydəmirov (98 kq) bürünc medala sahib çıxıb.
Avropa çempionatında 29 ölkədən 750 idmançı mübarizə aparır.
Komandalarımıza böyüklərdən ibarət milli komandanın baş məşqçisi Vahid Tarverdiyev və gənclərdən ibarət yığmanın çalışdırıcısı Bəxtiyar Hacıyev rəhbərlik edir.