Hidayət Heydərov 4 qat Avropa çempionu oldu - Foto

Hidayət Heydərov 4 qat Avropa çempionu oldu - Foto
Olimpiya, Digər, Cüdo, Foto
278
26 Aprel 2024 - 20:34

Supersport.Az-ın məlumatına görə, aprelin 26-da Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatında Hidayət Heydərov möhtəşəm qələbə qazanaraq dördüncü dəfə Avropa çempionu olub. 

Heydərov (-73 kq.) Albaniya, Portuqaliya və Moldovadan olan rəqibləri üzərində qələbə qazanaraq finala yüksəlib. Final görüşündə o, Danil Lavrentevi (fərdi neytral idmançı) məğlub edərək çempion titulunu qazanıb.

Qeyd edək ki, Hidayət Heydərov bundan əvvəl 2017, 2022 və 2023-cü illərdə böyüklər arasında Avropa çempionatının qızıl medalını qazanıb.



Digər xəbərlər