"Zirə"yə finalda rəqib "Qarabağ" oldu

"Zirə"yə finalda rəqib "Qarabağ" oldu
Futbol
175
24 Aprel 2024 - 21:48

Supersport.Az xəbər verir ki, bu gün Azərbaycan Kubokunda 1/2 final mərhələsinin cavab oyunları keçirilib.

Günün ilk matçında "Zirə" "Qəbələ"nin qonağıdır. Paytaxt klubu ilk oyunda 2:1 hesablı qələbə əldə etdiyindən finala vəsiqə qazanmağa daha şanslı görünürdu. 

Cavab matçında "Zirə" 2 cavabsız qolla qalib gələrək, finala adlayıb. 

"Qarabağ" ilk matçda 4 cavabsız qol vurduğu "Neftçi"yə yenə 4 qol vurub. Ağdam klubu bu dəfə 4:1 hesablı qələbəyə sevinib.

24 aprel (çərşənbə)

17:00 “Qəbələ” – “Zirə” 0:2 

Qollar: Vladislav Kulaç 59, Rafael Utziq 84

Qəbələ şəhər stadionu

İlk oyun: 1:2

20:00 “Qarabağ” – “Neftçi” 4:1

Qollar: Olavio Juninyo 17, 70, Qara Qarayev 62 (ö.q), Nəriman Axundzadə 77 - Rizuan Mirzov 64.

Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun: 4:0

Qeyd edək ki, ölkə kubokunun final oyunu iyunun 2-də keçiriləcək.

Digər xəbərlər