"Neftçi"nin bu şəxsi rəhbərlikdən qovduğu bildirilir

"Neftçi"nin bu şəxsi rəhbərlikdən qovduğu bildirilir
Futbol
135
10 Aprel 2024 - 23:55

Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Neftçi" PFK-nın idman üzrə müşaviri Kamil Məmmədov istefaya göndərilib. Klubun azarkeşləri uğursuzluqlarda K.Məmmədovu da əsas hədəf alaraq, sərt tənqid, qovulmasını tələb edirdilər. O, ötən ilin sentyabrından "Neftçi"də çalışırdı.

Klubun mətbuat katibi Emin Əfəndiylə məsələylə bağlı açıqlama almaq istəsək də, o, zəngimizə cavab verməyib.

Xatırladaq ki, "Neftçi" dünən Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov vəzifədən yola salınmışdı. 


Digər xəbərlər