"Turan" təslim omadı"
Futbol
236
24 Fevral 2024 - 18:00
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 24-cü turunda "Neftçi"ylə heç-heçə edən "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov fikirlərini bölüşüb.
“Evdə oynayırdıq, məğlub olmaq istəmirdik. Futbolçularıma və azarkeşlərimizə təşəkkür edirəm. Futbolçular sona qədər mübarizə apardılar, təslim olmadılar. Azarkeşlərə də təşəkkür edirəm ki, hər bir rəqibə Tovuz səfərini hiss etdirirlər. Keçən dəfə də demişdim ki, 12-ci oyunçu önəmlidir bizim üçün. Bu gün də bunu hiss etdik. Önəmli oyun idi. Oyunun sonları da daxil olmaqla hər iki komanda qalib gəlmək istəyirdi. Epizodlar olurdu. Rəqib fərdi keyfiyətlərə sahib komandadır. Qol da hardasa fərdi keyfiyətdən irəli gəldi. Amma çox təəssüf ki, iki dəfə baxdım bir dəfə də baxacam, ofsayd xəttini necə çəkdilər mənim üçün də maraqlıdır. Ozobiç bir qədər irəlidə görsənir. Templi və mübarizəli oyun idi. Bu oyunlar çempionatımız üçün vacibdir. Mühüm 1 xal idi. Geri dönüş və komandaya inamın gəlməsi vacib idi. Çempionat günü-gündən gərginləşir. Futbolçularıma da sona qədər bu gərginliyin içində olmaq istəyimi bildirmişəm. Mübarizə aparacağıq”.