Babək Quliyevlə Anar Salmanov AFFA-da qucaqlaşdı - Foto

Babək Quliyevlə Anar Salmanov AFFA-da qucaqlaşdı - Foto
Futbol, Eksklüziv, Foto
12 Mart 2019 - 18:57
AFFA-nın baş katibi Elxan Məmmədov Hakimlər Komitəsi sədrliyinə Frits Ştixliki gətirdikdən sonra bu sahədə "təmizləmə əməliyyatı" davam edir.

Xaqani Məmmədov qurumun rəhbərliyindən, Əli Hüseynov Hakim-İnspektorların başçısı vəzifəsindən istefaya göndərilsə də, bununla qane olmayan avstriyalı mütəxəssis, hər iki şəxsin ciddi nöqsanlara yol verdiyini əsas gətirərək, futboldan ömürlük kənarlaşdırmağa qərar verib.

Vaxtilə uzun müddət cəzaya məruz qalan və buna görə AFFA, PFL rəhbərliyini sərt tənqid edən FİFA-nın keçmiş hakimlərdən Anar Salmanovla Babək Quliyevə hazırda ali futbol qurumunda iş verilib. Salmanov komitədə çalışır. Quliyev isə hakim-inspektor kimi fəaliyyət göstərəcək.

Bu gün Anar Salmanovla Babək Quliyevin AFFA-da biri-birini bağrına basması kadrı Supersport.Az-ın əməkdaşının diqqətindən yayınmayıb.



 

Digər xəbərlər