"Qarabağ"ı təriflədi, AFFA-ya dəstək verdi, prezidentliyə namizəd oldu

"Qarabağ"ı təriflədi, AFFA-ya dəstək verdi, prezidentliyə namizəd oldu
Futbol
210
22 Aprel 2024 - 21:21
Supersport.Az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının prezident seçkisində güclü rəqabət olacaq.   

İyulun 18-də keçiriləcək növbədənkənar seçkidə 4 şəxs mübarizə aparmaq üçün addım atıb.

TFF-nin keçmiş prezidenti, UEFA İcraiyyə Komitəsinin üzvü Servet Yardımcı, "Trabzonspor"un sabiq rəhbəri İbrahim Hacıosmaoğlu, Türk-Hint iş konseyi eski başkanı Erdal Alkış və "Samsunspor"un keçmiş prezidenti İsmail Uyanık namizədliklərini irəli sürüb.

S.Yardımcı bir müddət əvvəl UEFA nümayəndəsi olaraq AFFA-nın prezident seçkisində iştirak edib, "Qarabağ"ın Avropa yarışlarında uğurlarını qabardıb, Azərbaycanın futbol qurumuna dəstək verib. 

TFF prezidenti olmağa Servet Yardımcı daha şanslı hesab olunur. 67 yaşlı mütəxəssis 7 ildir UEFA İcraiyyə Komitəsinin üzvüdür və bu müddətdə Çempionlar Liqası, Superkubok finalının, qitənin üç yarışının püşkatma mərasiminin Türkiyədə keçirilməsinə nail olub. S.Yardımcı həmçinin 2032-ci il Avropa çempionatının Türkiyənin İtaliya ilə birlikdə təşkil etməsi üçün addımlar atıb.

Digər xəbərlər