"Real"ın yeni baş məşqçisinin adı açıqlandı: Zidan - yenilənib

"Real"ın yeni baş məşqçisinin adı açıqlandı: Zidan - yenilənib
Futbol
11 Mart 2019 - 21:34
"Real Madrid" baş məşqçi Santyaqo Solarini istefaya göndərərək keçmiş çalışdırıcı Zinədin Zidanı gətirib. 

Supersport.Az-ın İspaniya klubuna istinadən məlumatına görə, 46 yaşlı məşqçiylə 2022-ci ilin iyununa kimi müqavilə imzalanıb.  

2016-2018-ci illərdə "Real"ı çalışdran Zidan "Kral klubu"na ardıcıl üç dəfə Çempionlar Liqasını, bir dəfə La Liqanı, İspaniya Superkubokunu, iki dəfə UEFA Superkubokunu, iki dəfə dünya çempionluğunu qazandırıb.

Hazırda çempionatda ilk üç yeri "Barselona" (63 xal), "Atletiko" (56 xal) və "Real" (51 xal) tutur.

 

Digər xəbərlər