Eksklüziv: Yığmamızın əcnəbi məşqçisi AFFA rəhbərliyinə narazılığını bildirib

Eksklüziv: Yığmamızın əcnəbi məşqçisi AFFA rəhbərliyinə narazılığını bildirib
Futbol, Eksklüziv
25 Fevral 2019 - 21:19
Supersport.Az-ın əldə etdiyi məlumata görə, serb mütəxəssis Miloş Velebit ölkəmizdə futbolun vəziyyətindən kəskin narazıdır.

U-15, U-16 yığmamızın baş məşqçisinin bu sahədə bir sıra problemlərdən narahat olduğunu AFFA rəhbərliyinin diqqətinə çatdırdığı bildirilir.

Serb çalışdırıcı hesab edir ki, aşağı yaş qrupunda olan futbolçuların süni örtüklü meydançalarda oynaması ciddi fəsadlar törədəcək. M.Velebit, liqalarda rəqabətin aşağı olmasından, yığma üzvlərinin təcrübəsinin azlığından gileylənib.

"Pro" kateqoriyalı lisenziyaya sahib 39 yaşlı mütəxəssis, müxtəlif yaş qrupunda seçmə kollektivlərin mötəbər yarışlarda iştirakının vacibliyini qeyd edərək, oyun praktikasının artırılmasının, psixoloji hazırlığın da mühüm olduğunu vurğulayıb.

Qeyd edək ki, Miloş Velebit, eyni zamanda, U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının koordinatoru kimi fəaliyyət göstərir. AFFA bu ilin fevralında yığmaları serb məşqçiyə həvalə edib. 

 

Digər xəbərlər