"Neftçi" kubok qazandı

"Neftçi" kubok qazandı
Digər, Basketbol
95
20 Aprel 2024 - 18:32

Supersport.Az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində, basketbol üzrə Azərbaycan Kubokunun final oyunu baş tutub. Dolu tribunalar qarşısında keçirilən "Neftçi" - "Xəzri"  klublarının oyununda, görüşə "Xəzri" üstün başlayıb və hesabda 10 xal fərqi ilə üstünlük yaxalayıb. Lakin sonradan geridönüş etməyi bacaran "Neftçi", yekunda 65-61 hesablı qələbə qazanaraq, kubokun sahibi olub. Finalın ən dəyərli oyunçusu (MVP) "Neftçi" dən Ulaş Turqut seçilib. Ən məhsuldar basketbolçular: "Neftçi" (Ulaş Turqut - 15 xal, 8 ribaund), "Xəzri" (Cordan Perkins - 15 xal, 13 asist)

Digər xəbərlər