Supersport.Az - 10 il sizinlə

Supersport.Az - 10 il sizinlə
Digər, Tribuna
20 Fevral 2019 - 10:00
Supersport.Az-ın bu gün 10 illik yubileyidir.

Portalımız fəaliyyəti zamanı dünya, ölkəmizin idman həyatını, həmçinin idmançılarımızın beynəlxalq yarışlarda zəfərlərini peşəkar səviyyədə təqdim etməyə çalışıb. Ötən müddətdə istər respublikamızın, istərsə də, xarici ölkələrin mətbuat orqanları saytımızın məlumatları və videogörüntülərindən faydalanıb. Portalımız müxtəlif layihələr həyata keçirib, araşdırma və müəllif yazıları da verib.

Mətbuat Şurasının üzvü Supersport.Az-ın internet (youtube) kanalını 4 il müddətində 5 milyon 500 mindən çox izləmə olması dəyərli oxucuların bizə yüksək qiymətinin göstəricisidir. Bu baxımdan portalımız idman mətbuatında liderdir. Ölkəmizə faydalı olması naminə hətta videoçəkilişlərimizin nüfuzlu komandalarımızın UEFA-dan haqsız cəza almasına mane olmaq üçün, həmçinin Türkiyə, İngiltərə, Rusiya, Fransa və digər ölkələrin mediasının saytımızın videogörüntülərindən yararlanması qürurvericidir.

Supersport.Az-ın fəaliyyətində jurnalistlərdən Bəxtiyar Məmmədov, Qalib Toğrul, Ramil Cəfərov, Şahin Oğuz, əməkdaşlarımızdan Süleyman KərimovVüsal Şirəliyevin böyük rolu olub.

Supersport.Az bu gün ağır günlərini yaşayır, portalımız maddi problemlə üzləşib. Bu səbəbdən fəaliyyətimizdə çətinliklər yaranıb. Nə qədər ağır olsa da, işimizi davam etdirməyə, ölkəmizə xidmət göstərməyə cəhd edirik.

Yaxın gələcəkdə yeni planlar həyata keçirmək və daha çox uğurlar əldə etməyə çalışacağıq.

 

Digər xəbərlər