Millimizi legionerlər xilas etdi

Millimizi legionerlər xilas etdi
Digər, Cüdo
11 Fevral 2019 - 00:38
Cüdo üzrə Paris "Böyük dəbilqə" yarışı keçirilib.

Supersport.Az-ın məlumatına görə, turnirdə 100 ölkədən 625 cüdoçunun (369 kişi, 256 qadın) mübarizə aparıb. Fransaya böyük heyətlə yollanan millimiz ilk gündə medal qazanmayıb.

Kişilərdə Rəşad Yelkiyev, Tofiq Məmmədov (60 kq), Orxan Səfərov və Nicat Şıxəlizadə (66 kq), Rüfət Məmmədov (73 kq), qadınlarda Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Buyankşiq Purevsuren (52 kq) və İçinkorlo Munxtsedev (57 kq) ilk 7-liyə düşə bilməyiblər.

Bizdən ən yaxşı nəticə 73 kq-da Hidayət Heydərov məxsus olub. Dünya çempionatının bürünc mükafatçısı "D" qrupunun qalibi kimi mübarizəni davam etdirib və finala gedən yolda 3-qat dünya çempionu yaponiyalı Soiçi Hoşimotoya və gürcüstanlı Laşa Şavdatuaşviliyə məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Yarışın son günü millimiz medal qazanmağı bacarıb.

Qadınlarda yalnız finalda məğlub olan İrina Kindzerska (+78 kq) 2-ci yerlə kifayətlənib. Kişilərdə Uşangi Kokauri (+100 kq) bürünc mükafata yiyələnib. Zelim Kotsiyev (100 kq) 7-ci olub.

Qeyd edək ki, "Böyük dəbilqə"də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanıblar.

Digər xəbərlər