"Qarabağ"ın legionerləri fədakar Adil Nadirovu xatırladı - Şəkillər

"Qarabağ"ın legionerləri fədakar Adil Nadirovu xatırladı - Şəkillər
Futbol, Eksklüziv, Foto
30 Yanvar 2019 - 22:02
Supersport.Az-ın məlumatına görə, üç gün əvvəl 69 yaşında dünyasını dəyişən "Qarabağ"ın təsisçilərindən biri, sabiq futbolçu və əməkdar məşqçi Adil Nadirovu bu gün komandanın üzvləri, bəzi mütəxəssislər yad edib.

"Sulutəpə" mərasim zalına Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov, məşqçilərdən Müşfiq Hüseynov, Elxan Həsənov, Elçin Rəhmanov, Zaur Tağızadə, kapitan Rəşad Sadıqov, legionerlərdən Reynaldo, Almeyda, Hannes Halldorsson, Vaqner Silva, Yakub Jezniçak, digər oyunçular, baş menecer Asif Əsgərov, veteran futbolçulardan Elbrus Abbasov, Böyükağa Ağayev, Cavanşir Novruzov, Gülağa Məmmədov, Ramiz Məmmədov, Şahin Diniyev, Arif Əsədov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov, "Neftçi"nin kapitanı Ruslan Abışov və başqa şəxslər gəlib.

Hər kəs "Qarabağ" fədaisinə Allahdan rəhmət arzulayıb.

Supersport.Az mərasimdən şəkillər təqdim edir:





Digər xəbərlər