AFFA milliyə alman məşqçini gətirmək istəyir

AFFA milliyə alman məşqçini gətirmək istəyir
Futbol
162
08 May 2024 - 12:19

AFFA milli komandanın baş məşqçisi postuna axtarışları davam etdirir.

Supersport.Az xəbər verir ki, federasiya almaniyalı mütəxəssis Ştefan Kuntsa təklif göndərib. Bu barədə "Sky Sports"un əməkdaşı Florian Plettenberq məlumat yayıb. AFFA 62 yaşlı məşqçi ilə danışıqlar aparır.

Kuntsun adı "Bayern" və Kanada milli komandası ilə də çəkilir. Mütəxəssis Kanada millisində çalışmağa müsbət yanaşır.

Qeyd edək ki, Ştefan Kuns 2021-2023-cü illərdə Türkiyə millisinin baş məşqçisi olub. O, daha əvvəl Almaniyanın U-21 yığmasını çalışdırıb.

Digər xəbərlər