Eksklüziv: AFFA-nın məşqçilər siyahısında tanış mütəxəssislər - "Barselona"nın qənimi də var

Eksklüziv: AFFA-nın məşqçilər siyahısında tanış mütəxəssislər - "Barselona"nın qənimi də var
Futbol, Eksklüziv
29 Yanvar 2019 - 10:09
AFFA milli komandanın baş məşqçisi vəzifəsinə namizədlərin siyahısını hazırlayır. Yığma 50 gündən çoxdur ki, başsız qalıb. AFFA-nın cəhdləri hələlik boşa çıxıb.

Supersport.Az-ın əldə etdiyi məlumata görə, bu sırada ictimaiyyətimizə tanış, futbolumuza bələd olan mütəxəssislərdən "Xəzər Lənkəran"ın sabiq məşqçisi Mirça Rednik (2010-2011), "Qəbələ"nin keçmiş çalışdırıcısı Roman Qriqorçuk (2015-2018) da yer alır.

Hazırda Buxarest "Dinamo"sunun baş məşqçisi vəzifəsini icra edən 56 yaşlı rumın mütəxəssis, iki dəfə ölkəsinin çempionudur.

Ukraynalı məşqçiyə gəlincə, 53 yaşlı Roman Qriqorçuk "Qəbələ"ni iki dəfə Avropa Liqasının qrupuna daşıyıb, indi isə "Astana"nı çalışdırır.

Siyahıda "Rubin"in türkmən əsilli baş məşqçisi Qurban Berdıyevin də olduğu bildirilir. 66 yaşlı mütəxəssisin rəhbərliyində Kazan komandası iki dəfə Rusiya çempionu, bir dəfə kubokun, iki dəfə Superkubokun sahibi olub, Çempionlar Liqası, Avroliqanın qrupunda çıxış edib, "Barselona", "Atletiko", "Çelsi" kimi güclü klubları məğlub edib, Avropa Liqasının 1/4 final mərhələsinədək irəliləyib.

 

 

Digər xəbərlər