"Qəbələ"nin oyunu ləğv olundu

"Qəbələ"nin oyunu ləğv olundu
Futbol
24 Yanvar 2019 - 17:39
Supersport.Az xəbər verir ki,  Antalyada təlim-məşq toplanışında olan “Qəbələ”nin Rusiyanın birinci divizionunda çıxış edən "Fakel" klubuna qarşı  nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.

Bu gün Bakı vaxtı ilə saat 18:00-da başlamalı olan görüş əlverişsiz hava şəraiti səbəbindən keçirilməyəcək.

Qeyd edək ki, "Qəbələ" bunadək Almaniyanın "Meppen" (1:2) və Rusiyanın "Yenisey" (2:2) klubları ilə qarşılaşıb. Əyalət təmsilçisi son yoxlama matçını yanvarın 26-da Macarıstanın  "MTK Budapeşt" klubuna qarşı keçirəcək.

Digər xəbərlər