İbrahim Şehiçdən şikayət - 160 min avro tələbi

İbrahim Şehiçdən şikayət - 160 min avro tələbi
Futbol
17 Yanvar 2019 - 15:32
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "BŞB Ərzurumspor"un qolkiperi İbrahim Şehiç komandasından Türkiyə Futbol Federasiyasına şikayət edib.

Bosniyalı qapıçı Ərzurum klubundan 160 min avro alacağı olduğundan bu addımı atıb.

"Trabzonspor" maraqlandığı Şehiç üçün "Ərzurumspor"a 500 min avro təklif etsə də, "2 milyon avro istəyirik" cavabını alıb.

Qolkiperin pulu ödənilməsə, azad agent statusuna malik olacaq.

Mövsümün əvvəlində "Qarabağ"dan vəsait ödənmədən "Ərzurumspor"a keçən Şehiç 2 illik müqaviləyə imza atıb.

Digər xəbərlər