Ayaz Quliyev "Spartak"da

Ayaz Quliyev "Spartak"da
Futbol
10 Yanvar 2019 - 00:59
"Rostov"un Azərbaycan əsilli futbolçusu Ayaz Quliyev “Spartak”a dönüb.

 

Supersport.Az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Moskva klubunun təlim-məşq toplanışına qatılıb. O, sabiq klubu ilə uzun müddətli müqavilə bağlayıb.

 

"Spartak" Ayaz üçün “Rostov”a 1 milyon avro ödəyib. Quliyev Moskva təmsilçisində illik 1,2 milyon avro məvacib alacaq.

Digər xəbərlər