Pedrodan "Qarabağ"a xüsusi diqqət - Foto

Pedrodan "Qarabağ"a xüsusi diqqət - Foto
Futbol, Foto
05 Yanvar 2019 - 16:57
Supersport.Az-ın məlumatına görə, yayda "Qarabağ”ı "Astana”ya dəyişən Pedro Enrike Azərbaycan təmsilçisinin formasına xüsusi yer ayırıb.

Braziliyalı vinger karyerası ərzində şərəfini qoruduğu klublarda geyindiyi geyimləri evində guşədə saxlayır.

2017/18 mövsümündə Çempionlar Liqasının qrupunda "Qarabağ" heyətində oynayan Pedro "Roma"nın qapısına Bakıda yol tapmışdı.

Təmsilçimizin 1:2 hesabıyla məğlub olduğu matçda komandasının bu turnirdə vurduğu ilk topun müəllifi olan "sambaçı" həmin formaya böyük sayğı ilə yanaşır.


 


Digər xəbərlər