Qvardiola: "Liverpul" bizdən xal qoparsa, çempion olacaq"

Qvardiola: "Liverpul" bizdən xal qoparsa, çempion olacaq"
Futbol
01 Yanvar 2019 - 19:31
Supersport.Az-ın məlumatına görə, "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Liverpul"la oyunun çempionluq yarışında mühüm olduğunu bildirib.

Təcrübəli mütəxəssis hesab edir ki, bu qarşılaşmada xal itirilsə, birinci yeri tutmaq şansını itirəcəklər:

"Liverpul"la oyunda xal itirsək, çempionluq yarışı bizim üçün bitəcək. Bundan sonra nəyəsə ümid etmək mümkünsüz olacaq. Buna görə də qarşıdakı matçda qələbə vacibdir. "Liverpul" başqa rəqiblərdən fərqli olaraq çox qol fürsətləri verməyəcək".

Qeyd edək ki, "Mançester Siti" - "Liverpul" oyunu yanvarın 3-də keçiriləcək. "Kristal Palas"la "Lester Siti"yə ududzan Mançester klubu, 20 turdan sonra məğlubedilməz, 54 xalı olan "Liverpul"dan 7 xal geridədir.

Digər xəbərlər