Azərbaycan yığması 3-cü oldu

Azərbaycan yığması 3-cü oldu
Digər, Güləş
02 Dekabr 2018 - 15:51
Supersport.Az-ın məlumatına görə, Moskvada təşkil olunan ikiqat olimpiya çempionu, SSRİ yığmasının keçmiş baş məşqçisi İvan Yarıginin ənənəvi xatirə turnirində komanda yarışı başa çatıb.

"Dinamo" İdman Sarayında "Alrosa Kuboku" uğrunda Rusiya, Azərbaycan, İran, Gürcüstan və Özbəkistan yığmaları mübarizə aparıb.

Yunan-Roma güləşi yarışında ilk üç yeri Rusiya, Özbəkistan və Azərbaycan tutub. Gürcüstan 4-cü olub.

Azərbaycan gürcüləri 5:1 hesabıyla məğlub etsə də, Rusiyaya 0:6, Özbəkistana 1:5 uduzub.

Turac Hüseynli və Zöhrab Abbasovun məşqçisi olduğu yığmamızın heyətində Ramiz Məmmədov (60 kq), Kərim Cəfərov (67 kq), İslambek Dadov (77 kq), Rafiq Hüseynov (87 kq), Zamir Məhəmmədov (97 kq) və Türmən Eyyubov (130 kq) yarışıb.

Sərbəst güləşçilərin turnirində İran qalib olub. Rusiyanın üzrə seçmə komandası Azərbaycanı məğlub edərək ikinci olub. Ruslar 4:2 hesabıyla qalib gəlib. Özbəkistan üçüncü yeri tutub.

Yığmamız 4 qarşılaşmada cəmi 1 qələbə qazanıb. Azərbaycan İrana 1:5 uduzub, Gürcüstanı 4:2 hesabıyla üstələyib, Özbəkisanla 3:3 edib, Rusiyaya 2:4 məğlub olub.

Sərbəst güləşçilərin turnirində məşqçi Nazim Əlicanovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Ənvərbəy Dalqatov (65 kq), Hacımurad Ömərov (74 kq), Kənan Əliyev (86 kq), Roman Bəkirov (97 kq) və Rahid Həmidlidən (125 kq) ibarət komanda mübarizə aparıb.

Yarışda birinci yeri Gürcüstana 6:0-la dərs keçən İran yığması tutub.

 

 

Digər xəbərlər